Bakı şəhər sakini Əliağa Kərimov Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə şikayət edərək bildirib ki, yaşadığı evdə içərisində 1600 ABŞ dolları və 300 manat olan pul kisəsi naməlum şəraitdə oğurlanıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Nərimanov rayon sakini, əvvəllər məhkum olunmuş Fəridə Miriyeva saxlanılıb. Saxlanılan şəxsin üzərindən oğurladığı pulun bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. Miriyeva bildirib ki, oğurluğa daxil olduğu evin qonşuluğunda tanışı yaşayır və dəfələrlə orada qonaq olub. Gecə saatlarında isə o, oğurluq məqsədi ilə həmin mənzilə daxil olub.
Salyanda akkumulyator oğrusu saxlanılıb. Rayonun Bəşirbəyli kənd sakini, 28 yaşlı Qalib İsmayılov Qaraçala qəsəbəsində yerləşən kəndli-fermer təsərrüfatına məxsus olan “DAF” markalı yük maşınında iki ədəd akkumulyator oğurlayaraq satmaq məqsədi ilə Şirvan şəhərinə aparıb. Az keçməyib ki, Qalib elə iş başındaca polis əməkdaşları tərəfindən saxlanılıb. Hər birinin qiyməti 250-300 manat arasında olan akkumulyatorlarlar maddi sübut kimi götürülərək şöbəyə gətirlib.Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır. Faktlarla bağlı araşdırmalar aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 901