Qazaxda dənli bitkilərin əkin sahəsi genişləndirilir. Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlayan “1-ci Şıxlı Kəndli Fermer Təsərrüfatı”nda ötən mövsüm 777 hektarda aparılan əkin bu il 1800 hektar sahədə reallaşdırılacaq. Bununda təxminən ¾-də dənli bitkilər əkilib. Ötən il 412 hektardan orta məhsuldarlıq 38 sentner olmaqla 1415 ton dənli bitkilər toplanılıb. 211 hektarında becərilən kartofun məhsuldarlığı isə 6500 ton olub.
Səfurə Vəliyeva - “I Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC-nin direktor müavini: Kartofumuzda hal-hazırda respublikada satılır. Bu il brend Azərbaycan markası altında daha kefiyyətli məhsul istehsal edib xaricədə çıxmaq imkanımız olacaq. Burada əsas məqsəd əhalinin işsizlik problemini aradan qaldırmaq və respublikanı müəyən mənada neft sektorundan asıllıqdan azad etməkdir.
Natiq Hüseyn
- Baxış: 1286