KepezTV Player
Gəncə şəhər Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il törədilən oğurluq faktının üstü açılıb. Dekabrın 1-də rayon ərazisindəki çay evlərinin birindən 675 manat, spirtli içki, ərzaq məhsulları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Gəncə şəhər sakini Muraz Əzizov və Goranboy rayon sakini Samir Əliyev saxlanılıb. Faktla bağlı araşdırma davam edir.
Zülfiyyə Telmanqızı
- Baxış: 1125