Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə Masallı rayonunda qeydiyyatda olan Ələddin Abdullayevin üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarınnın həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.
Bəxtiyar Məmmədli 39-cu Polis Bölməsinin təhqiqatçısı : “Onun üzərinə baxış zamanı 1 ədəd TT markalı tapança, 3 ədəd patron və 1 ədəd həmin silaha məxsus sandıqça aşkar olunub. Həmçinin saxlanılan şəxsin üzərindən narkotik maddə də aşkar edilib”.
Saxlanılan şəxs ilkin ifadəsində odlu silah-sursatı satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib.
Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.
- Baxış: 577