Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və huşsuz vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil verib. Əməliyyat axşam saatlarında başa çatıb.
Xaliq Qurbanlı
- Baxış: 804