Səbri əldən verib bıçağa əl atdılar. Nəticədə həm özlərini, həm də qarşı tərəfi bəlaya saldılar. Biri azadlığından, digəri sağlamlığından uzaq düşdü. Qanlı olaylar Gəncə və Yevlaxda baş verib.
Gəncə şəhərində yerləşən gecə klubunda kütləvi dava düşüb. Hadisə gecə saatlarında baş verib. Davada 3 nəfər, Şəmkir rayon sakinləri - 22 yaşlı Orxan Rzazadə, 25 yaşlı Orxan Rüstəmov və 24 yaşlı Orxan Məmmmədov bıçaqlanıblar. Yaralılar Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
Xəsarət alan şəxslərdən Orxan Məmmədova ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Yevlax rayonunda da bıçaqlanma hadisəsi baş verib. Rayon sakini Məhərrəm Quliyev Fidar Məmmədov ilə mübahisə edib. Bu zaman Quliyev həmyerlisinə bir neçə bıçaq zərbəsi vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Məhərrəm Quliyev saxlanılıb. Hər iki faktla bağlı cinayət işi başlanılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 1503