Tədris ilinin ilk sessiyasında tələbələrdə yazılı və kompyuter vasitəsilə test üsulu ilə imtahan götürülür. Fevralın 5-dək universitet üzrə 2.300-dək tələbənin biliyi qiymətləndiriləcək. “Açıq qapı” günündə ictimai nəzarət altında aparılan proses imtahandan çıxan tələbələr tərəfindən şəffaf kimi dəyərləndirilib.
Əfsanə Qurbanlı - tələbə: Bu imtahan sessiyasında hamı kimi mən də həyəcanlı idim. Lakin əvvəldən hazırlaşdığımıza görə həyəcanım itdi. Suallara bir saat müddətində cavablandırmalı idim. 20 dəqiqəyə yazdım, çıxdım”.
Muraz Süleymanov - tələbə: Bu universiteti seçməyimə bir çox nüans səbəb oldu. Məni bura cəlb edən ən başlıcası isə universitetdə yaradılan yüksək təhsil sistemi, şəvvaflıq idi.
Arzu Kazımov - valideyn: Mən bir valideyn olaraq imtahanı izlədim. İmtahanın yüksək səviyyədə və obyektiv keçirilməsi məndə xoş əhval-ruhiyyə yaratdı. Burada gözəllik ondan ibarətdir ki, heç bir kənar müdaxilə olmadan hər bir tələbə öz fikrini sərbəst şəkildə ifadə edə bilir.
Şöhrət Hüseynov - valideyn: Qeyd etmək istəyirəm ki, övladım bu universiteti təsadüfi seçməyib. Hələ tələbə olmamışdan əvvəl, məktəb vaxtı o bura gəlmiş, təhsil müəssisəsinin maadi texniki bazası, müəllim heyəti ilə tanış olmuşdu. Seçimi bilərəkdən bu universitet idi”.
İmtahanın gedişi və son qiymətləndirmədən narazı olanlar isə universitetdə yaradılan “Qaynar xətt”ə və Appelasiya Komissiyasına müraciət edə bilər.
Vüqar İsmayılov - ATU-nun tədris işləri üzrə prorektoru: “İmtahan proseslərində əsas məqsədimiz tələbələrin müraciətlərinə adekvat cavabların verildiyi, şəvvaf və obyektiv mühitin formalaşdırıldığı imtahan prosesi təşkil etməkdir. Semestrin əvvəlindən imtahan prosesində çıxacaq suallar tələbələrin diqqətinə çatdırılmış, eyni zamanda ATU-nun rəsmi internet səhifəsində yerləşdirilmişdir. İmtahan otaqlarında quraşdırılan kameralar obyektivliyin təminatıdır”.
Media nümayəndələri eləcə də Azərbaycan Texnologiya Universitetində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının dəstəyi ilə yaradılan Logistika Təlim–Tədris Mərkəzi ilə tanış olublar. Onlara Qida mühəndisliyi fakültəsinin nəzdində fəaliyyət göstərən Dequstasiya otağında yerli mütəxəssislər tətəfindən yaradılan şərablar barədə məlumat verilib.
- Baxış: 475