Şəmkirin Kür qəsəbəsində yerli sakinlərlə rayon rəhbərliyinin növbəti görüşü keçirilib. Çıxış edənlər əvvəlcə qəsəbənin potnsial imkanları haqqında məlumat veriblər. 10 mindən çox əhalisi olan qəsəbədə 3 məktəb və 3 uşaq bağçası 1 xəstəxana 1 poçt 1 ATS və digər sosial obyektlər fəaliyyət göstərir. Şəmkir və Yenikənd Su Elektrik Stansiyaları Silsiləsinin inşasında böyük pay sahibi qəsəbə sakinlərinin böyük əksəriyyəti bu gündə həmin strateji obyektdə çalışırlar. Ötən il qəsəbədə mövcud olan çoxmərtəbəli binların çirkab su xəttləri yenilənib. Bütün bunlarla yanaşı sakinlər Kür qəsəbə xəstəxanasında və uşaq bağçasında aparılan təmir bərpa işlərinin sürətləndirilməsi eləcədə yeni salınan yaşayış massivlərində kommunal xidmətlərin kefiyyətinin yüksəldilməsi kimi müraciətlər səsləndiriblər. Qaldırılan məsələlərin vaxtında aradan qaldırılması üçün aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Natiq Hüseyn
- Baxış: 903