KepezTV Player
Gədəbəy şəhərində yaşayan 59 yaşlı Rahilə İbrahimova evinə gələrkən xoşagəlməz sürprizlə qarşılaşıb. Əvvəldən tanıdığı şəxs evinə gizlin girərək onun gəlməsini gözləyib. İbrahimova qapıdan keçən an boynundan yapışaraq ona hədə-qorxu gəlib.
Yaralı halda evinə girən qadın mənzilinin alt-üst olduğunu görüb və qonşuları köməyə çağırıb.Rahilə İbrahimovanın sözlərinə görə, həmin şəxsi müştərisi olan başqa bir adam vasitəsilə tanıyıb.Müxtəlif bədən xəsarətləri alan qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.
- Baxış: 857