Ümumilikdə 210 ədəd buraxılan superhibrid Ferrari LaFerrari Apertadan biri Səudiyyə Ərəbistanında hərraca çıxarılıb. Avtomobil cəmi 100 kilometr məsafə qət edib və Asiya ölkəsinin paytaxtı Ər-Riyadda yerləşən Seven Car Lounge dilerində saxlanılır. LaFerrari 963 at güclü hibrid sistemə malikdir. Güc sistemi 6,3 litrlik V12 motor, elektromühərrik, bir cüt muftası olan robotlaşdırılmış sürət qutusu və batareya komplektindən ibarətdir. Aperta ilk “yüzü” 3 saniyəyə yığır. Maksimal sürəti isə saatda 350 kilometrə bərabərdir. İtalyan avtoistehsalçı 500 ədəd LaFerrari və onun 210 ədəd üstü açıq variantını düzəldib. Sonuncu ikiqapılını 2016-cı ildə 7 milyon dollara satıblar. Son Aperta isə sentyabrda təxminən 10 milyon dollara müştərisinə qovuşub. Amma ərəb ölkəsində bu Ferrari LaFerrari üçün Seven Car Lounge dilerinin nə qədər qiymət qoyduğu məlum deyil.
- Baxış: 377