• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1589
— 29.12.2017 12:57

Lənkəranda ana ilə oğlu dəm qazından zəhərləndi

KepezTV Player

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib. 1 yaşlı uşağın valideynlərinin gözündən yayınması faciə ilə nəricələnib. Evin həyətində olan Nazim İsmayılov yerdən daş götürərək udub. Nəticədə cisim onun boğazında qalıb və uşaq boğularaq ölüb. Nazimin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Fakt araşdırılır.

Lənkəranın Kərgəlan kəndində ana və oğlunun ağlına gəlməyən başına gəlib. 60 yaşlı Əsli Əliyeva ilə oğlu 36 yaşlı İlkin Əliyev evdə yatan zaman dəm qazından zəhərlənib. Hadisədən xəbər tutan qohumlar zərərçəkənləri Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada onlara lazımi tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hikmət Əliyev - həkim: Dəm qazı ilə orta ağır dərəcədə zəhərlənmə diaqnozu ilə daxil olublar.Hal hazırda vəziyyətləri orta ağırdır.

 

 

Zülfiyyə Telmanqızı