Hennessey Performance tüninq atelyesi yeni il yolkasının ən sürətli çatdırılmasını nümayiş elətdirib. Bunun üçün Dodge Challenger SRT Hellcat Widebody avtomobili və geniş poliqon lazım olub. Maşın burada 280 km/saat sürətlənib. İştirakçı model 6,2 litrlik kompressorlu V8 motorla təchiz olunub. At gücü isə 717-ə bərabərdir. Standart maşından fərqli olaraq bu dəfəki daha geniş təkər tağlarına malikdir. Nəticədə yeni Challenger SRT 96 km/saat sürəti əvvəlkindən tez – 3,4 saiyəyə yerinə yetirir.
Cavanşir Məmmədzadə
- Baxış: 594