KepezTV Player
Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayon Edişə kəndindəki sərhəd zastavasının xidməti sahəsində tamah məqsədilə İran vətəndaşları ilə əlbir olmuş cinayətkarlar tərəfindən külli miqdarda ağır tərkibli narkotik vasitələrin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Cəlilabad sakini, 26 yaşlı Aqil Alışov 1 kiloqram həşiş, 7 kiloqram 445 qram tiryək və 5 kiloqram 345 qram heroinilə saxlanılıb. Cinayətkar dəstənin digər üzvləri sərhədçilərin qanuni tələblərini icra etmədən havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək hadisə yerindən qaçmağa müvəffəq olublar. Həmin şəxslərin yaxalanması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
- Baxış: 802