• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1828
— 27.12.2017 14:49

Baramaqurdunun yem bazası yaradılır

KepezTV Player

Göygöldə salınan yeni tut bağı elmi təcrübələrin aparılmasına imkan verəcək. İpək qurdlarının yem bazasını yaratmak üçün Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun ərazisində əkilən tut ağacları məhsuldarlığı ilə seçilir.

Tut ipək qurdu monofakt olduğuna görə yalnız tut yarpağı ilə qidalanır. Ona görə də tut bağlarının salınması zərurətindən irəli gələrək Heyvandarlıq Elmi- Tədqiqat İnstitutunun Yemləmə laboratoriyasının işçiləri tərəfindən tut bağı salınıb.

Mahir Həmzəyev - Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru –“Bizim Gəncə şəhərində də olan bir neçə ərazidə  ipək qurdu üçün tut ağacları əkilib. Uzun müddətdir ki, yem bazası kimi oradan istifadə edirik. İpəkçiliyin inkişafı üçün baramaçılığın genişləndirilməsi məqsədi ilə bizim institun 3 ha ərazisində isə biz tut ağaclarının tinglərini əkmişik ki, gələcəkdə yem bazasını daha da möhkəmləndirib və gücləndirilməsi nəzərdə tutulsun”. 

Salınan tut bağında institutun elmi işçiləri tərəfindən yaradılan “Xanlar”, “Gözəl”, “Nağı” və “Məhsəti-900” tut növləri əkilib. Bağda hər bir yeni ağac növündən 500-ə yaxını əkilib.

Namiq Həsənov - Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Yemləmə laboratoriyasının müdiri  “Bunlar yaradılan zamanı İnistitutda bunların sort sınaq müsabiqəsi aparılıb, yüksək göstəricilərə nail olunub və ona görədə Dövlət Sort Sınaq Komissiyasına təqdim edilib. Onlar tərəfindən də 4-5 il sınağı aparılıb, yüksək göstəricilərə malik olduğuna görə rayonlaşdırılması təstiq edilib və patentlə təmin edilib. 

Əkilən tinglər artıq gələn ildən institutda saxlanılan tut ipək qurdlarını yarpaq məhsulu ilə təmin edə biləcək. 5 ildən sonra isə tut ağacları tam məhsul verəcək ki, bu da yemlə təminatda çətinlik yaratmayacaq.

Mahir Həmzəyev - Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru “Torpağın səmərəli istifadəsi üçün bu tinglərin əkilməsi xüsusi cərgə əsasında əkilib. Xüsusi parametrlər gözlənilib ki, bu sahələrdə gələcəkdə həm arpa, həm yonca, həm heyvan üçün yem bitkilərinin əkilməsi mövcud olsun. Bu il arpa əkilib və arpanın da səmərəli istifadəsi üçün sezonda biçəciyik. Gəlin il yoncanın əkilməsi movcud olacaq ki, bu da heyvanın yem bazası kimi sitifadə ediləcək”.  

Hazırda institutda 90 tut ipək qurdu cins bəslənilir ki, bunlardan 57 yerli, 33 isə xaricdən gətirilən cinslərdir. Yerli məhsuldar cinslərdən olan Vətən, Qarabağ, Zəfər, Uğur İnstitunun Bramaçılıq laboratoriyasının elmi işçiləri tərəfindən yaradılıb.

Elnur Vahidoğlu