Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.10.2025 17:32
Ödəmə terminalından oğurluğa və narkotik satmağa görə 3 nəfər tutulub
Abşeron rayonunun Masazır qəsəbəsində marketdə ödəmə terminalını sındıraraq 3 min manatdan artıq pul oğurlamaqda şübhəli bilinən 30 yaşlı Rəşad Cəlilov və 34 yaşlı Xəzər Hüseynov polis tərəfindən saxlanılıblar. Oğurluq anı təhlükəsizlik kameralarına düşüb. Bundan başqa, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 44 yaşlı Elvin Məmmədov da Xırdalanda keçirilən əməliyyatla tutulub. Onun evindən 16 kiloqram narkotik vasitə, o cümlədən 7 kq heroin, 4 kq metamfetamin, 5 kq marixuana, 1230 ədəd psixotrop tərkibli metadon həbi və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb. Məmmədov ifadəsində narkotikləri İran vətəndaşından aldığını bildirib.
- Baxış: 82
