• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1250
— 27.12.2017 10:03

3 motorlu Tesla asfalt və qar üzərində yanı üstə şütüdü

Magna şirkəti 3 motorlu Tesla Model S avtomobilini sınaqdan keçirib. Maşın yarış yolunda və qarda drift edib, həmçinin stenddə test olunub. İstehsalçılar bununla “etelligentDrive” adlı güc sistemini işini yoxlayıblar. Test edilən Model S sedanına arxada iki, öndə isə bir motor quraşdırılıb. Hər bir mühərrik 140 kilovatt gücə sahib olub. Ümumi güc isə 571-ə bərabərdir. Güc sistemi o qədər yığcam alınıb ki, hətta adi Model S-də quraşdırılan cəmi iki motorun yerini tutub. Mühəndislərin sözlərinə görə, onların yeni əl işi oxlar üzərində fırlanma anının səmərəli şəkildə öhdəsindən gəlir. Belədə avtomobil yolda və sərt döngələrdə daha stabil hərəkət edir. Magna variantlı Tesla Model S gələn il təqdim olunacaq.

Cavanşir Məmmədzadə