Microsoft şirkəti tərəfindən təqdim edilmiş smart qapı yalnız öz ev heyvanlarını içəri buraxır. Heyvan qapıya yaxınlaşdıqda kameradan şəklini ələ keçirən kompüter onu təsvirin tanınması proqramı vasitəsilə yoxlayır. Öncədən proqrama ev heyvanlarının sifəti tanıdılıb və o, yalnız öz canlılarını içəri buraxır. Tez-tez yad pişiklər qonşulardan yem oğurlayırlar. Belə problemlər adətən şəhərkənarı yerlərdə müşahidə olunur. Orada heyvanlar sərbəstdirlər, yəni istədiyi yerdə gəzirlər.
Sözügedən "ağıllı" qapını satın almaq lazım deyil. Texnika və proqramlaşdırmadan az-çox məlumatı olan istənilən şəxs belə qapı yarada bilər. Bunun üçün birlövhəli kompüter, məsələn, Minnowboard Max və ya Raspberry Pi, adi veb-kamera, hərəkət sensoru, bir neçə elektrik mühərriki və işıq diodları, proqram təminatı qismində isə "ağıllı" cihazlar, robotlar və ən müxtəlif əldəqayırma layihələr üçün beyin rolunu oynayan Windows 10 IoT Core, OpenCV və Microsoft Visual Studio 2017 lazımdır.
Cavanşir Məmmədzadə
- Baxış: 471