TES Performance tünerləri 1,6 kilometr məsafədə Chevrolet Corvette sportkarı ilə 384 km/saat sürət yığmağa müvəffəq olublar. Məsafənin 804-cü metrliyinə maşın artıq 311 km/saat sürətə çatıb. Amma bu göstəricilər Ford GT-in ilk nümayəndəsinin və düzəliş edilmiş Lamborghini Huracan superkarının göstəricilərindən aşağıdır. Yazda Ford GT 1,6 kilometri saatda 448 kilometr sürətlə keçə bilmişdi. 2015-ci ildə isə Lamborghini Huracan şkalasında bu yolun yarısından artıq 384 km/saat sürət qeydə alınmışdı.
Cavanşir Məmmədzadə
- Baxış: 595