KepezTV Player
Paytaxt sakini dəm qazından zəhərlənib. Hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb. 21 yaşlı Əli İsmayılovun halı yaşadığı evin vanna otağında olarkən pisləşib. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən gəncə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Dəm qazı Goranboyda da 4 nəfəri xəstəxanalıq edib. Bakı sakini 49 yaşlı İradə Nəsirova kirayə qaldığı evdə zəhərlənib. Özünü pis hiss edən qadını xəstəxanaya aparıblar. Rayonun Xan Qərvənd kəndində isə 32 yaşlı Zeynəb Nağıyeva və onun iki azyaşlı övladı sağlamlığından olub. Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılan zərərçəkənlərə tibbi yardım göstərilib. Vəziyyətləri orta-ağırdır.
Zülfiyyə Telmanqızı
- Baxış: 641