Şəmkir şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması üzrə işlərin 80%-i yekunlaşıb. 15 km kanalizasiya kollektor xəttindən 8 km-i, 13 km-lik magistral su xəttlərindən isə 5 km çəkilib. Qaranüy kəndi ərazisində su təmizləyici qurğunun inşasına başlanılıb. Eləcə də işlər yekunlaşan ərazilərdə mənzillərə sayğacların quraşdırılması aparılır. Şəmkir şəhərinin su-kanalizasiya sisteminini yenidən qurulması layihəsi ümumlikdə 13 min 500 abonentin su təminatının yaxşılaşdırılmasına yönəlib.
Azər Salmanov - layihənin mühəndisi:Layihənini su mənbəyi 2 hissədən olacaqdır. Bunlardan biri Şəmkir Dəryaçasından 600 mm boru vasitəsilə çəkilibdir hazırdır, ikinci mənbə isə Çəyriçaydan drenaj vasitəsilə su ehtiyyat anbarlara yığılaraq oradan isə rayona istiqamətlənir. Bunula yanaşı Şəmkir şəhərində əlavə olaraq 4 anbarda inşa edilibdir ümumi tutumları isə7 min kub metrdir.
Xaliq Qurbanlı
- Baxış: 601