• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1750
— 15.12.2017 22:14

"Polkovnik" qanun qarşısında cavab verməli olacaq

KepezTV Player

Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Tofiq Qasımov avqustun 6-da özünü hüquq-mühafizə orqanlarının polkovnik rütbəli zabiti kimi təqdim edən, əvvəldən tanıdığı Rizvan adlı şəxs tərəfindən aldadıldığını bildirib. Şikayətçi dələduzun ondan oğlunu universitetlərdən birinin hüquq fakultəsinə düzəldəcəyi adı ilə 11000 manat aldığını iddia edib. Polis həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Ruslan Sadıqov - Xətai RPİ-nin müstəntiqi: “Əvvəllər Cinayət Məcəlləsinin dələduzluq, hədə-qorxu ilə tələb etmə, silah gəzdirmə və sağlamlığa zərər vurma maddələri ilə məhkum olunan Cəfərov Rizvan Rəcəb oğlu saxlanılıb. Saxlanılan zaman onun əynində Ədliyyə Nazirliyinin Penitensiar xidmətin işçisi olmadığı halda həmin orqanın xüsusi geyim forması olub.”

Qeyd edilən faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları Rizvan Cəfərovun analoji cinayətlərdə iştirakını istisna etmirlər. Onun dələduzluq və ya digər qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə məlumat verə bilərlər.

Zülfiyyə Telmanqızı