• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1832
— 14.12.2017 17:07

Azərbaycanda “mərmər bağacığı” adlı zərərvericinin yayılma təhlükəsi var

KepezTV Player

“Mərmər bağacığı”nın bitkilərə kütləvi zərər vurması MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Soçi şəhərində müşahidə olunub. Bir müddət sonra zərərvericinin Gürcüstanın müxtəlif ərazilərində fındıq bağlarına ciddi ziyan vurduğu aşkar olunub. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti adıçəkilən zərərvericinin Azərbaycan ərazisində də yayılma təhlükəsinin olduğunu nəzərə olaraq, əhaliyə diqqətli olmağı tövsiyə edir.

Camal Quliyev Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi:  Bizim müvafiq bitki karantin məntəqələrinə və Respublika Bitki Mühafizə Mərkəzinin yerli qurumlarına tapşırıqlar verilib ki, ərazilər diqqətdə saxlanılsın və mütəmadi olaraq müşahidələr aparılsın.

“Mərmər bağacığı” 12-17 mm olmaqla bir dəfəyə 20-30 ədəd yumurta qoyur. Əlverişli şəraitində  üç nəsil vermə qabiliyyətinə malikdir.Həşərat meyvə ağaclarından, alma, armud, ərik, şaftalı, xurma, əncir, fındıq və sitrus bitkilərinin bütün növləri, tənək, tərəvəz bitkilərindən pomidor, xiyar və bibərə ciddi zərər vurmaq qabiliyyətinə malikdir.

Camal Quliyev Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi: Bizdə bağacıqların bir neçə növü var, amma mərmər bağacığı növü hələlik Azərbaycan ərazisində rast gəlinməyib. Lakin yaxın ölkələrdə yayıldığından, onun təbii yolla Respublika ərazisinə keçmə riski çox böyükdür. Ona görə də hər bir fermer, hər bir fərdi təsərrüfatçı öz sahəsində diqqətli olmalıdır. Bu və yaxud buna yaxın növə rast gələrlərsə bizim yerli qurumlara məlumat verməlidirlər.

Elxan Babayev təsərrüfat sahibi:Hazırda bizim təsərrüfatlarda heç bir ziyanverici yoxdur, mərmər bağacığı yoxdur bu ərazilərdə. Fındıq ağaclarına ziyan vurur bildiyim qədəri ilə, amma biz tərəflərdə hələ ki, rast gəlməmisik. Olarsa, yerli qurumlara xəbər verəcəyik.

Rafael Məmmədov təsərrüfat sahibi: Bizdə elə zərərverici olmayıb. Gəmirici olmayıb, mərmər bağacığı olmayıb. Olarsa, sağ olsun dövlətimiz xəbər veririk, nə lazımdır köməklik göstərirlər.

Dünya təcrübəsinə əsaslanaraq, zərərvericiyə qarşı kimyəvi mübarizədən istifadə olunması tövsiyə edilir. Lyambda siqalotrin və bifentrin tərkibli insektisidlər zərərverici əleyhinə mübarizədə səmərəli hesab olunurlar.