Yeni il yaxınlaşır və bayram tətilinə sayılı günlər qalıb. Xüsusən istirahət etməyi sevənlər indidən sərfəli istirahət üçün axtarışlara başlayıblar. Təklif olunan tur paketlər qaneedicidirmi? Əməkdaşımız Nazənin Zaman araşdırıb.
Elə ki, dekabr ayı gəldi, yeni ilə az qaldı çoxları tətil barədə düşünür. Amma necə, harda və neçəyə? Bu sualların cavabı şəxsə görə dəyişsə də, məqsəd birmənalı olaraq, yaxşı dincələ bilməkdir. Bəs, görəsən bunun üçün hansı nüanslara diqqət etməliyik ? Necə edək ki, bu istirahət həm cibimizə uyğun, həm də ürəyimizcə olsun? Suallar var. Qalır cavabını tapmaq...
Bəli istirahət vacibdir. Amma unutmayaq ki, “göz qapaqları gözün olduğu kimi, istirahət də zəhmətindir”. Yəni yaxşı dincəlmək üçün yaxşı da işləmək lazımdır. Belə olarsa qış tətilləri bizə həqiqətən zövq verə bilər və bu zaman məkan elə də vacib rol oynamır.
Nazəniz Zaman
- Baxış: 355