Təkcə bu il ərzində Gəncənin müxtəlif yerlərinə Gəncədə şəhərə ekzotik gözəllik verən 60 min dekorativ ağac, 500 minə yaxın gül kolu var. Onlardan 5 mindən çox dekorativ ağac, 12 mindən çox müxtəlif növ gül kolu bu il əkilənlərdir. Şəhərin park və xiyabanlarını bəzəyən bu bitkilərə qulluq isə qış aylarında xüsusiliyi ilə seçilir. Əksəriyyəti isti ölkələrdən gətirildiyi üçün yerli iqlim şəraitinə uyğunlaşması, xüsusən də qış aylarında mühafizəsi Yaşıllaşdırma İdarəsinin əməkdaşları tərəfindən aparılır.
Rizvan Quliyev - Gəncə Şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu: Qış fəslində havaların şaxtalı keçməsi ilə əlaqədar olaraq bu bitgilər soyuğa davamlı deyillər. Bu məqsədlə biz həmin bitgiləri o cümlədən İrandan gətirilən xurma ağaclarını, Türkiyədən gətirilən Siqasları şaxtalardan qorumaq üçün onların üzərilərinə poletilin örtüklərdən mühafizə qatları çəkirik. Yaz aylarında isə havalar isindiyi üçün həmin örtükləri açırıq ki, bitgiləri azad edək.
Elton Cabbarlı
- Baxış: 1469