Bu gün Gəncədə YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədovun iştirakı ilə YAP Gəncə şəhər təşkilatının 9-cu konfrası keçirilib. Konfras ümummilli lider, partiyanın yaradıcısı Heydər Əliyevin abidəsi önünə tər çiçəklərin düzülməsi və əbədiyaşar xatirəsinin ehtiramla yad edilməsilə başlayıb. 8-ci konfransdan ötən 4 il ərzində Gəncədə partiya üzvlərinin sayı 14 min nəfər artaraq 40 mini ötüb. Keçən dövr ərzində 38 yeni ərazi ilk partiya təşkilatı yaranıb. 260 ərazi ilk partiya təşkilatında birləşən Gəncəli partiya üzvlərindən 25 min 357 nəfəri qadınlar, 15 min nəfəri kişilərdir. Onların 58 faizi isə gənclərdir. Partiya üzvlərinin şəhərin ictimai, mədəni, iqtisadi həyatında, tikinti quruculuq işlərində yüksək fəallığı önə çəkilib. Konfransda Naqif Həmzəyev yenidən YAP Gəncə şəhər təşkilatının sədri seçilib. Partiyanın şəhər təşkilatının 40 mininci üzvünə və bu siyasi təşkilata qəbul olunan gənclərdən bir qrupuna vəsiqələr təqdim olunub. Veteran partiya üzvləri isə xatirə hədiyyələri ilə mükafatlandırılıb.
- Baxış: 798