Gəncə şəhər sakini Vicay Cəmşidzadəni bıçaqlayaraq qətlə yetirən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Süleymanlı təslim olub. O, Bakıda Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə gedərək törətdiyi əməli etiraf edib. Vicay Cəmişzadə dekabrın 8-dən 9-na gecə keçə Gəncənin Dədə Qorqud küçəsində bıçaq xəsarətləri ilə yaralı halda aşkarlanıb. Xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Gəncə şəhər Prokuroluğunda cinayət işi başlanılıb. İstintaq aparılır.
Natiq Hüseyn
- Baxış: 1804