KepezTV Player
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. Paytaxtın Nizami rayonu, Çobanzadə küçəsi ev 59, mənzil 21 ünvanında yaşayan, 20 yaşlı Tural Həsənovun meyiti vanna otağında aşkarlanıb. Onun dəm qazından boğularaq öldüyü ehtimal olunur. Həsənov Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi olub.Fakt araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 558