Şəmkirdə döyülmə faktı qeydə alınıb. Rayonun Seyfəli kənd sakini, 41 yaşlı Elçin Əhmədov müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Zərərçəkən daha sonra şəhərdəki özəl xəstəxanalardan birinə aparılıb. Əhmədov onu mübahisə zəminində qonşusunun döydüyünü deyib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 460