Həm özünün, həm də digər yol iştirakçılarının həyatını təhlükəyə atır. Növbəti materialımızın dırnaqarası qəhrəmanları sərxoş sürücülərdir. Astarada yol polisinin keçirdiyi reyd zamanı kobud qayda pozuntuları aşkar edilib.
Dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, sürücülər yenə də içkili halda sükan arxasına oturub real təhlükə yaradırlar.
Reyd zamanı polisin “saxla” əmrinə tabesizlik göstərən və ərazidən uzaqlaşmağa çalışan sürücülərə də rast gəlinir.
İlqar Əzimov Astara Rayon Polis Şöbəsinin DYP Bölməsinin rəisi: Reydlər zamanı bir neçə sürücü sərxoş vəziyyətdə aşkarlandı. Həmçinin sürücülük vəsiqəsi olmadan, polisin qanuni tələblərinə yerinə yetirməyən sürücülər tərəfimizdən saxlanılaraq rayon polis şöbəsinin cərimə meydançasına aparılıb.
Reydlər bundan sonra da davam etdiriləcək.
- Baxış: 858