Dövlət İmtahan Mərkəzinin Gəncə Regional bölməsində bu məqsədlə 40 nəfər elektron ərizələrini qeydiyyatdan keçirib. Qeydiyyatdan keçənlər üçün şəxsi kabinet yaradılıb və lazım olan bütün sənədlər məlumat bazasına yerləşdirilib. Dekabırın 17-də keçiriləcək imtahanda namizədlərə 100 sual təqdim ediləcək. Bunlardan 40-ı qanunvericilikdən, 30-u məntiqdən, hərəsindən 15 olmaqla informatika və azərbaycan dilindəndir. İmtahanda minimum keçid balı 65-dır. Yüksək nəticə göstərənlər imtahandan sonra müsahibə mərhələsinə buraxılacaq. Dövlət Qulluğuna imtahana sənəd verənlərin qeydiyyatı dekabırın 6-na kimi aparılacaq.
Nəsimi Məmmədov Dövlət İmtahan Mərkəzinin Gəncə Regional bölməsinin müdiri: Artıq bu il imtahan prosesində fərqlilik ondan ibarətdir ki, namizəd test imtrahan mərhələsində iştirak edirsə və keçid imtahan şərtini ödəyirsə onlar 10 gün müddətinə Dövlət İmtahan Mərkəzinə müraciət edib sertifkat alır. Sertifkat aldığı müddətdə istənilən 5 il müddətinə sertifkatlar qüvvədədir. 5 il müddətinə həmin sertifkatla istədiyi müsabiqələrdə iştirak etmək hüququna malikdir.
- Baxış: 1119