• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1685
— 01.12.2017 14:07

Tələbələr vergi ilə bağlı maarifləndirilib

KepezTV Player

Vergi məcəlləsində edilən dəyişiliklər, bu ildən tətbiq olunan sadələşmiş verginin sabit məbləği, həmçinin icrasına başlanılan şəffaf vergi partnyorluğu bu istiqamət üzrə ali təhsil alanlara izah edilib. Vətəndaş sahibkarlıq fəaliyyətinə başladığı andan vergi sahəsi ilə bağlı görməli olduğu sənədləşmə işləri 12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları tərəfindən Azərbaycan Texnalogiya Universtetində təşkil olunan maarifləndirici görüşdə çatdırılıb. Həmçinin vergi ödəyicilərinin qeydiyyatı və uçotu, nəğdsiz hesablaşmalar barədə məruzələr edilib.

Rauf Mirzəyev - 12 saylı Ərazi Vergilər Departamentinin idarə direktoru: “Texnalogiya Universtetində iqtisadiyyat və idarə etmə fakültəsi var. İştirakçılarında əsas heyyəti onlardı. Bu tələbələrdə gələcəkdə verqi orqanı qanunvericilik sahəsində tez-tez rastlaşacaqlar. Hətta ola bilsin ki, gələcək vergi orqanları da əməkdaşları da içərisindən olacaqdı. Məqsədimiz də gələcəkdə bunların işlərində zamin yaratmaqdı.