• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1159
— 01.12.2017 13:31

Başqasının malına göz dikənlər...

KepezTV Player

Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib. Bu barədə talanan evin sahibi qadın Sabunçu Rayon Polis İdarəsinə məlumat verib. Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxslərin onun mənzilindən 4800 manat oğurladığını bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Adil Həsənov, onun qohumu Həmidağa Rəhimov və Akif Hüseynov saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, dəstə üzlərindən biri Həmidağa Rəhimov zərərçəkənin qonşusudur və oğurluq planı ilə bağlı təklif də ilk olaraq, ondan gəlib.

Daha bir dələduzluq cinayəti paytaxtın Qaradağ rayonunda törədilib. Sözügedən ərazidə yerləşən ticarət mərkəzlərindən birində vətəndaşa məxsus pul oğurlanıb. Niyaməddin Nəsirov adlı şəxs özünə paltar almaq məqsədi ilə ticarət mərkəzinə gəlib. O, mağazadan salvar alarkən, gödəkcəsini soyunaraq asilqandan asıb. Gödəkçəsini götürəndə isə şəxs ağlagəlməz olayla rastlaşıb. Vətəndaş gödəkçənin sağ yan cibindən 1500 manat pulunun yoxa çıxdığını görüb. Niyaməddin Nəsirov pulunun oğurlandığını mağaza sahibinə bildirib və dərhal hadisə yerinə Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməliyyatçıları gəliblər. Kamera görüntüləri izlənildikdən sonra oğurluğun hələlik adı istintaqa məlum olmayan şəxs tərəfindən törədildiyi məlum olub. Bu şəxsi görənlərdən və ya yerini bilənlərdən daxili işlər nazirliyinin 102 zəng mərkəzinə və ya Qaradağ rayon polis idarəsinin 10-cu polis bölməsinə müraciət etmələri xahiş olununr. Hər iki faktla bağlı araşdırmalar davam edir.

Zülfiyyə Telmanqızı