Gəncədə yol qəzası olub. Bədbəxt hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. “Mercedes” markalı avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Onlardan biri dünyasını dəyişib. Ölən şəxsin kimliyi müəyyənləşdirilir. Digər piyada – 24 yaşlı Rüstəm Bağırov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travamtologiya şöbəsinə yerləşdirilib. Hadisəni törədən avtomobil saxlanılaraq Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin duracağına yerləşdirilib. Fakt araşdırılır.
Mehman Hüseynov – həkim: “Növbəm zamanı piyadavurma ilə bağlı şöbəmizə 1 nəfər xəstə daxil olubdur. Xəstənini ümumu vəziyyəti orta ağırdır. Hazırda müalicəsi davam etdirilir. Məlumata görə, piyadavurma zamanı digər zərəçəkmiş özəl xəstəxanalardan birinə aparılarkən yolda dünyasını dəyişib.
Xaliq Qurbanlı
- Baxış: 632