KepezTV Player
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində az çürüməyə məruz qalmış kişi meyiti tapılıb. İlkin araşdırma zamanı onun sinə nahiyəsindən bıçaqlanma nəticəsində öldüyü məlum olub. Ekspertiza aparıldıqdan sonra meyiti tapılan şəxsin Ağsu rayon sakini, 39 yaşlı Mirəli Seyidov olması müəyyən edilib. Bəlli olub ki, M.Seyidov keçən ilin oktyabrında itkin düşüb və 1 ildən artıq imiş ki, itkin düşən şəxs kimi axtarışa verilibmiş.Onun nə vaxt, kim tərəfindən və harada öldürülməsi hələlik məlum deyil. Araşdırmalar aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 376