Yasamal rayonu ərazisində yol qəzası olub. Bakı metropoliteninin Nizami stansiyası yaxınlığında qadını "Nissan" markalı avtomobil vurub. Hadisə 59 yaşlı Rəna Həsənova yolu keçmək istəyən zaman baş verib. Yaralı xəstəxanaya yerləşdirilib. Nərimanov rayonunda da piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yolu keçən 26 yaşlı Arzu Abbasovanı maşın vurub. "Hyundai" markalı avtomobilin sürücüsü yaralını özü xəstəxanaya çatdırıb.Abşeron rayonu Masazır qəsəbəsində isə "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 42 yaşlı Arzu İbrahimlini vurub. Əraziyə cəlb edilən Yol Patrul Xidməti əməkdaşlarının köməkliyi ilə yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, piyadanın həyatı üçün olan təhlükə aradan qaldırılıb. Vəziyyəti isə qənaətbəxşdir. Hüquq mühafizə orqanı əməkdaşları sürücünü izahat verməsi üçün Rayon Polis İdarəsinə aparıblar. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 325