KepezTV Player
Mingəçevirdə mənzildə meyit aşkarlanıb.Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı ilə bağlı məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri həmin ünvana gələrək mənzilin qapısını açıblar və 78 yaşlı Almaz Alməmmədovanın meyitini aşkar ediblər.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Sumqayıtda da eyni əməliyyatı həyata keçiriblər. Xilasedicilər 59 yaşlı Olqa Rəfibəylinin meyitini onun mənzilində aşkar edərək, aidiyyəti üzrə təhvil veriblər.
- Baxış: 796