Lincoln şirkəti MKC krossoverini yeniləyib. Maşının Amerika bazarına çıxarılması növbəti yaya təyin olunub. O, əvvəlkindən fərqli radiator barmaqlığına və işıq diodlu faralarına görə seçilir. Qalan elementlər isə yerində qalıb. Lincoln MKC bir sıra elektron köməkçilər, o cümlədən ölü zonaları izləyən sistem, zolaqda saxlama, qarşı tərəfdən toqquşmanı öncədən xəbər verən və piyadanı müəyyən edən funksiyalar qazanıb. Bu versiyada daha dəbdəbəli salon görmək olar. Krossover üçün 245 at güclü ikilitrlik EcoBoost və 285 at güclü 2,3 litr həcmli motor təklif edilir. Aqreqatlar 6 pilləli avtomatik sürət qutusu ilə işləyir. Model ön və tam ötürücü sistemli modifikasiya ilə əlçatandır. Restaylinqə qədərki Lincoln MKC
ABŞ-da 33,3 min dollara başa gəlir. Yeni variant üçün isə qiymət açıqlanmayıb.
Cavanşir Məmmədzadə
- Baxış: 528