Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində Xanım İmamverdiyevaya məxsus evdə qətl hadisəsi qeydə alınıb. Həmin ünvanda gündəlik ödənişlə kirayədə qalan Bərdə rayon sakini, 54 yaşlı İsgəndər Hüseynov aralarında yaranan mübahisə zəminində tanışı, 45 yaşlı İlqar Mirzəyevi bıçaqlayaraq öldürüb. Qaradağ polisi hadisə yerinə baxış keçirib. İsgəndər Hüseynov 10-su polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ev sahibi Xanım İmamverdiyanın sözlərinə görə, evi İsgəndər Hüseynova kirayəyə verib. Daha sonra 10 ildir ki, tanıdığı llqar Mirzəyev də Bərdədən gələrək qalmaq üçün eyni ünvanı seçəndə narazılıq yaranıb. Qətl hadisəsindən xəbərsiz olduğunu deyən ev sahibi ayılanda həyətində polisləri görüb. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 502