• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2016
— 18.11.2017 21:07

Şəmkirdə saxta pul hazırlayaraq satmaq istəyən şəxsin arzsu ürəyində qalıb

KepezTV Player

Şəmkir polisinin sayıqlığı nəticəsində yaxalanan cinayətkar istəyinə nail ola bilməyib. Rayon polis şöbəsinə daxil olan məlumatlar əsasında operativ əməliyyat keçirən polis əməkdaşları Şəmkirin Zəyəm-Cırdaxan kəndində yaşayan 32 yaşlı Bəhruz Nəbiyev şübhəli şəxs qismində saxlanılaraq polis  şöbəsinə gətilrilib.  Qanun keşikçilərinin və hal şahidlərinin birgə iştirakı ilə şübhəlinin yaşadığı evə baxış keçirilən oradan 1 ədəd 100 Azərbaycan manatı , 1 ədəd 50 Azərbaycan manatı və 3 ədəd 100 ABŞ dolları dəyərində  saxta pul vahidi aşkar edilərək götürülüb. Baxış zanmanı evdən həmçinin insan orqanizmi üçün xüsusi təhlükəli hesab edilən zəhərli maddə də ələ keçirilib.


Rafiq Quliyev Şəmkir RPŞ-nın müstəntiqi: Fərdi yaşayış evinə baxış keçirilən zaman oradan ümumi çəkisi 1kiloqramdan çox zavod üsulu ilə hazırlanan, insan orqanizmi üçün təhlükəli və zəhərli maddələr sinifinə aid olan civə, bundan başqa saxta pul əsginasları tərəfimizdən aşkar edilərək götürülmüşdür. İstintaq zaman müyyən olunmuşdur ki, Bəhruz Nağıyev həmin pul əsginaslarını və zəhərli maddə hesab olunan civəni evində satış məqsədi ilə saxlamışdır. Əvvəllər məhkumluğu olmayan Bəhruz Nəbiyev dindirilmə zamanı qanunsuz yolla əldə etdiyizəhərli maddəni eləcədə  saxta əskinasları satmaq istədiyini etiraf edib.

Bəhruz Nəbiyev saxlanılan şəxs: Fikirləşdim ki, bunları satıb qazanc əldə edərəm.

Hazırda rayon polis əməkdaşları Bəhruz Nəbiyevin başqa cinayətlərdə də iştirak və ya etmədiyini araşdırır. Aparılan araşdırmalardan sonra fakta hüquqi qiymət veriləcək.

Elton Cabbarlı
Elnur Vahidoğlu