• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1733
— 17.11.2017 14:08

Ağstafa-Köçəsgər avtomobil yolunun yenidənqurma işləri yekunlaşıb

KepezTV Player

Ağstafa-Köşəsgər avtomobil yolunun yenidənqurma işləri yekunlaşıb. Layihəyə uyğun olaraq yol, 2 hərəkət zolağı enində yenidən qurulub. Yolun 100 min kvadrat metrdən çox hissəsinə 12 sm qalınlığında asfalt - beton örtük döşənib. Aparılan tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün 18 su ötürücü borular qoyulub. Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi ilə 18 min əhalinin gediş-gəlişi rahatlaşıb, yük və sərnişin daşıması isə asanlaşıb.

Anar Nəcəfli - "Azəravtoyol" ASC-nin mətbuat katibi: Sözügedən avtomobil yolu ilə xüsusən payız-qış aylarında hərəkətdə müəyyən çətinliklər yaranırdı. Çünki uzun müddət əsaslı şəkildə təmir olunmayan yolda dağılmış və qabarmış hissələr yaranmışdır. Yolun yenidən qurulması ilə bu problem köklü şəkildə aradan qaldırılıb. Layihə çərçivəsində zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub.