KepezTV Player
Bakının Nizami rayonunda isə sürücünün sərxoş olması yol qəzasına səbəb olub. 28 yaşlı Samir Rzayev "BMW" markalı maşınla Elşən Süleymanov küçəsi boyu hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxıb və əvvəlcə yol kənarındakı səkiyə, daha sonra isə Rüstəm Rüstəmov küçəsindəki yanacaqdoldurma məntəqəsinin beton divarına çırpılıb. Nəticədə sürücü Samir Rzayev və onun sərnişini, 28 yaşlı Yavər Ağayev xəsarət alıb. Hər iki yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Onlardan Yavər Ağayevin vəziyyətinin ağır olduğu deyilir. Əraziyə cəlb olunmuş Nizami Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sürücü Samir Rzayevin sərxoş halda sükan arxasına əyləşdiyini müəyyən ediblər. Fakt araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 358