Yardımlının Gilar kənd sakinindən külli miqdarda narkotik tərkibli həb götürülüb. Yardımlı və Cəlilabad rayon polis şöbələrinin Dövlət Sərhəd Xidməti əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İlqar Sultanlı saxlanılıb. Məlum olub ki, o, bu narkotiki ölkəyə qaçaq yolla keçirirmiş. O, da müəyyən edilib ki, İlqar Sultanlı külli miqdarda narkotik tərkibli həbi İran vətəndaşından alıb və yaşadığı kəndin yaxınlığındakı meşə massivində gizlədib. Həmin əraziyə baxış zamanı oradan 10.000 ədəd həb aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 540