KepezTV Player
Bakıda psixoloji problemləri olan qız atasına xəsarət yetirib. Hadisə paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayonda Cəfər Xəndan küçəsində yerləşən bina 3 mənzil 46-da baş verib. Ailə münaqişəsi zamanı Aliyə Salxaki atası 61 yaşlı Cəmşid Salxakinin başına balta ilə ağır xəsarətlər yetirib. Yaralı 1 saylı şəhər xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Aliyənin anası qızının uğursuz ailə həyatı yaşadığını və psixoloji problemləri olduğunu bildirib. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən qadını saxlayıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 599