• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 779
— 02.11.2017 10:01

3D qida hazırlayan printer yaradıldı

 

İsrailin Yerusəlim Yəhudi Universitetinin alimləri yemək çap edən, dünyanın ilk üçölçülü (3D) qida printerini yaradıblar. İxtiraçılar Odeda Şoseyov və İdo Braslavskinin sözlərinə görə, belə printerlərin istehsal prosesi çətin deyil və kütləvi bazara daxil olmaq üçün azı 5 il vaxt lazımdır. Yeni 3D printer xammal qismində nanosellüloz, zülal, yağ və karbohidratdan istifadə edir. Hazırda printer yalnız xəmir çap edə bilsə də, tədqiqatçılar bildirirlər ki, onun potensialı daha böyükdür. Alimlər nanosellülozu bir neçə il tədqiq etdikdən sonra qərara gəliblər ki, həzm yolunun fermentləri bu maddəni asanlıqla qəbul edir, nanosellüloz isə əlavə reaksiyalara səbəb olmur. Gələcəkdə ekspertlər nanosellülozu təkcə qida maddələri ilə deyil, eyni zamanda vitamin, mikroelement və antioksidləşdiricilərlə qatışdırmağı planlaşdırırlar. Printer lazerinin temperaturunun təsiri nəticəsində nanosellüloz inqrediyentləri birləşdirir. Bununla yanaşı, lazerlə emal çap edilən yeməyi ənənəvi şəklə salmağa imkan verir.
İxtiraçıların fikrincə, böyük perspektivlərə malik texnologiya kulinariyada tətbiq edilməklə yanaşı, ciddi pəhriz saxlayan insanlara - şəkər xəstələri, vegetarianlar, peşəkar idmançılar, allergiya xəstələrinə kömək edəcək.

 

Cavanşir Məmmədzadə