HMD Global şirkəti yeni Nokia 2 smartfon modelini təqdim edib. Smartfon HD (720 x 1280 piksel) təsvir ölçülü 5 düym diaqonallı ekran, 5 meqapikselli ön və 8 meqapikselli əsas kamera ilə təchiz edilib. Qurğunun aparat əsasını 4 nüvəli Qualcomm Snapdragon 212 prosessoru, 1 qiqabaytlıq operativ və microSD formatlı yaddaş kartları ilə 128 Gb tutumadək genişləndirmə imkanına malik 8 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyator tutumu 4100 milliamper/saata bərabərdir. Bundan başqa, iki SİM kartdan istifadə mümkündür, 4G VoLTE, Wi-Fi, Bluetooth 4.1, GPS və GLONASS dəstəklənir, eləcə də FM radiosu və qulaqcıqlar üçün 5,5 mm-lik çıxış quraşdırılıb. Qurğuda Android 8.0 Oreo sistem yenilənməsinin olacağı gözlənilir. Nokia 2 smartfonu qara, ağ və mis rənglərində buraxılır. Qiyməti 99 avro təşkil edəcək yeni qurğunun beynəlxalq satışına noyabrın ortalarında başlanılması nəzərdə tutulur.
Cavanşir Məmmədzadə
- Baxış: 440