Oktyabrın 27-də Xaçmaz Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edən şəxs Xudat şəhəri Şollar kəndində yerləşən evindən oğurluq edildiyini bildirib. Şikayətçinin iddiasına görə, evdə heç kim olmadığı vaxt pəncərənin dəmir barmaqlığı sındırılıb, yataq otağında olan seyfin icərisindən ümumi dəyəri otuz min manat olan qızıl-zinət əşyaları götürülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Seymur Qafarzadə şübhəli şəxs qismində saxlanılıb. Dindirilərkən o, cinayəti etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb. Seymur Qafarzadə əvvəllər iki dəfə narkotik vasitələri qanunsuz əldəetmə və saxlama maddəsi ilə məhkum olunub. bu dəfəki əməlinə görə də cinayət işi başlanılıb.
- Baxış: 468