• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 779
— 30.10.2017 10:53

Subarunun yeni modelləri bu tipdə olacaq

Tokio avtosalonunda Subaru markası VIZIV Performance Concept adlı sportsedanını göstərib. Yeniliyin özündə WRX-in modellərinin yeni dizaynını nümayiş etdirməyə çalışıblar. Konsept-karın uzunluğu 4630 millimetr, eni 1950, hündürlüyü 1430 millimetrdir. Təkər bazası isə 2730 mm-ə bərabərdir. WRX modelinin cari versiyasının analoji göstəricisi isə nisbətən azdır. VIZIV bokser tipli mühərrik və Symmetrical AWD adlı tam ötürücü sistemlə təchiz olunub. Eksteryerdə karbon fiber materialından istifadə olunub. Təkər tağlarının genişlənməsi isə onun krossoverə çevriləcəyinə də işarə ola bilər. Yan güzgülər kameralarla əvəzlənib. VIZIV Performance Concept geniş təhlükəsizlik sistemləri və avtopilot funksiyaları dəsti ilə komplektləşdirilib. Bu təchizatı 2020-ci ildə Subarunun seriyalı modellərində görmək mümkün olacaq. Buraya yenilənmiş EyeSight kompleksi, radarlar və yüksək dəqiqlikli GPS qəbulediciləri daxildir. Salonda iri multimedia sistemi Tesla maşınlarında olduğu kimi şaquli vəziyyət quraşdırılıb.