Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb. Qonşu ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, Marneulidə saxlanılan 27 yaşlı şəxsin avtomobilində “Kalaşnikov” avtomatı, 2 daraq və 50 patron aşkarlanıb. Onun 2014-cü ildən İnterpolun “qırmızı xətti” ilə axtarışda olduğu müəyyənləşib. Şəxs qətl törətməkdə günahlandırılır. Gürcüstan DİN dövlət sərhədini qanunsuz keçmə və qanunsuz silah saxlama maddələri ilə istintaq aparır.
- Baxış: 859