Pediatriyanın aktual problemləri isə Gəncədə keçirilən elmi-praktiki konfransda müzakirə olunub. Azərbaycan Pediatrlar Assosiasiyasının təşkil etdiyi yığıncaqda qərb bölgəsindən olan pediatrlar iştirak edib. Pediatrların biliyini artırmaq, maarifləndirmək, eləcə də onların uşaqları müasir səviyyədə müalicə etməsinə kömək etmək bu gün müasir tibbdə aktual olan bir mövzudur. Həmçinin “Uşaqlarda qızdırma, hipertermik sindrom zamanı təcili yardım”, “Uşaqlarda mədə və 12 barmaq xorasının müalicəsi” mövzularında da çıxışlar dinlənilib, pediatrları maraqlandıran suallar ətrafında diskusiyalar olub.
Adilə Namazova Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti: Azərbaycan Pediatrlar Assosiasiyası bütün Respublikanın pediatrlarını əhatə edir. Biz özümüzə borc bilirik ki, onları daha da maarifləndirək və onların biliklərini daha da artıraq. Beləliklə də əhalimizin maariflənməsinə köməklik edək.
- Baxış: 1393