• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1250
— 27.10.2017 10:31

Mazda yeni modelini göstərdi: Kai

Mazda Kai adlı prototip ictimaiyyətə göstərilib. Konsept-karın debütü Tokioda keçirilən avtomobil sərgisi çərçivəsində baş tutub. Yenilik Mazda 3-ün növbəti nəsil modelidir. Mazda Kai-nin uzunluğu 4420, eni 1855, hündürlüyü isə 1375 mm-dir. Prototip indi əvvəlkindən 55 mm qısa, 60 mm ensiz və 75 mm alçaq alınıb. Yapon avtoistehsalçının yeni maşınının texniki göstəriciləri açıqlanmır. Şirkətdən bildiriblər ki, Kai SkyActive platformasında hazırlanıb və benzin SkyActive-X mühərriklər silsiləsinin yeni nümayəndəsi ilə komplektləşdirilib. Belə motorlar Mazdanın seriyalı avtomobillərində 2019-cu ildən tətbiq olunacaq. Analoji aqreqatlar dizel motorların prinsipi ilə işləyir. Mazda Kai bunlarla yanaşı, Modo dizayner stilinin yeni versiyasını özündə birləşdirir.